Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Orta Dəhlizdən aktiv istifadə dünya ticarətinin səmərəliliyini artıracaq - Türkiyəli nazir

    6 Avqust 2025 11:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Orta Dəhlizdən sürətli və təhlükəsiz marşrut kimi aktiv istifadə dənizə çıxışı olmayan ölkələrin dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.

    AzerVoice xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı çərçivəsində Avazada (Türkmənistan) keçirilən plenar iclasda deyib.

    O qeyd edib ki, dənizə çıxışın olmaması ticarət üçün əlavə xərclər yaradır, ixracatçıların mənfəətliliyini azaldır və dənizə çıxışı olmayan ölkələrin beynəlxalq bazarlara çıxışını çətinləşdirir.

    "Bu kontekstdə Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşən Türkiyə multimodal nəqliyyat dəhlizlərini inkişaf etdirərək, qlobal logistika əlaqələrinin strateji mərkəzinə çevrilir və əsas rol oynayır. Xəzər dənizi üzərindən keçən Şərq-Qərb Orta Dəhlizi beynəlxalq ticarətdə səmərəli və məhsuldar alternativ kimi nəzərdən keçirilir.

    Orta Dəhliz sürətli və təhlükəsiz nəqliyyat həlli təklif edir ki, bu da dənizə çıxışı olmayan ölkələrin dayanıqlı inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Bundan əlavə, gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi ticarət axınlarının həcmini xeyli artırmağa imkan verə bilər", – deyə nazir bildirib.

    Onun sözlərinə görə, Orta Dəhlizin fəal istifadəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi qlobal ticarətin səmərəliliyinin artırılması və həssas regionlarda iqtisadi inkişafın dəstəklənməsi istiqamətində mühüm addım olacaq.

    Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

    Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

    #Türkiyə #BMT #Türkmənistan #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Cənub Qaz Dəhlizi #Orta Dəhliz #Şimal dənizi #ticarət #xarici ticarət #Avaza Fəaliyyət Proqramı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Energetika naziri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

    2 Dekabr 2025 19:18

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    2 Dekabr 2025 12:28

    Fərqanidən tarixi addım: Türkiyənin ilk Orbitaya Transfer Aparatı kosmosda

    2 Dekabr 2025 11:15

    Türkiyənin COP31-i qazanmasında Azərbaycan vasitəçilik edib - Yalçın Rəfiyev

    2 Dekabr 2025 11:00

    İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

    2 Dekabr 2025 09:17

    Türkiyə limanları ilə 10 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 17:27

    Türkiyə limanları ilə 30 milyon tondan çox inşaat məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 15:01

    Türkiyə limanları ilə 26 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 11:49

    Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri

    1 Dekabr 2025 10:04

    Türkiyə limanları ilə 76 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 09:48
    Demo
    XƏBƏR LENTİ

    Avropalılar sülh istəmir - Putin

    RSF Babanusaya nəzarəti ələ keçirdiyini bildirib

    Suriya ilə razılaşma üçün bufer zona yaradılmalıdır - Netanyahu

    Energetika naziri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

    Yaşıl gələcək naminə aksiyası davam etdirilir

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    Papa Beyrut liman partlayışı qurbanlarının ailələri ilə görüşüb

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Tokayev Fələstin prezidenti Abbası Qazaxıstana rəsmi səfərə dəvət edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.