Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    MÜSİAD Mersin Şöbəsi Azərbaycanla yeni iqtisadi layihələrə start verir

    7 Avqust 2025 09:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice, Nərmin Ağayeva

    Azərbaycan və Türkiyə iş dünyası arasında əməkdaşlıq daha da dərinləşir.

    Azervoice xəbər verir ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Mersin şöbəsinin nümayəndə heyəti Bakıya səfər edib.

    Səfər çərçivəsində MÜSİAD-ın Azərbaycan bölməsi ilə keçirilən görüşdə qarşılıqlı investisiya imkanları və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

    MÜSİAD Mersin Şöbəsinin sədri Mehmet Sait Kaya başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə MÜSİAD Azərbaycan Dərnəyinin Baş Qərargahında təşkil olunan görüşdə iştirak edib. Onları MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli və idarə heyətinin üzvləri qarşılayıb. Görüş zamanı Azərbaycan və Türkiyə iş adamları təqdimatlarla çıxış edərək birgə investisiya sahələrini, strateji layihələri və əməkdaşlıq modellərini müzakirə ediblər.

    Rəşad Cabirli çıxışında Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verərək bildirib ki, ölkənin 10 ölkə ilə imzaladığı Azad Ticarət Sazişləri sayəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə rüsumsuz ticarət imkanları mövcuddur. O qeyd edib ki, bu üstünlüklər Azərbaycanı regionda istehsal və distribüsiya mərkəzinə çevirir.
    “Türkiyəli sərmayədarlar üçün Azərbaycan təkcə qardaş ölkə deyil, həm də strateji imkanlar təklif edən iqtisadi tərəfdaşdır”, – deyə Cabirli bildirib.

    O, həmçinin türkiyəli iş adamlarının ölkədəki potensialı daha yaxından tanımaları üçün hazırlanmış “Azərbaycana gəlmək üçün 101 səbəb” adlı nəşri də qonaqlara təqdim edib.

    MÜSİAD Mersin Şöbəsinin sədri Mehmet Sait Kaya da çıxışında Azərbaycanla iqtisadi əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
    “Azərbaycan bizim üçün yalnız dost və qardaş ölkə deyil, həm də sərmayə və istehsal baxımından vacib tərəfdaşdır. Qardaşlıq əlaqələrimizi investisiyaya çevirəcəyik”, – deyə o bildirib.

    Kaya qeyd edib ki, təşkilat enerji, kənd təsərrüfatı, qida və logistika sahələrində ortaq layihələr həyata keçirmək niyyətindədir. Onun sözlərinə görə, MÜSİAD Mersin yalnız regional deyil, beynəlxalq səviyyədə də iş dünyasında fəal rol oynayır.

    Sonda MÜSİAD Azərbaycan rəhbərliyinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kaya,
    “Bu səmimi münasibət qardaşlığımızın nə qədər güclü olduğunu bir daha sübut etdi. Biz təkcə türk iş adamlarını deyil, eyni zamanda ortaq gələcəyimizi dəstəkləyirik.” - deyə bildirib.

    Qeyd edək ki, MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Türkiyənin və dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən iş adamlarını bir araya gətirən, iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verən nüfuzlu təşkilatlardan biridir. Azərbaycandakı fəaliyyəti isə son illərdə daha da genişlənib.

    #Türkiyə #Azərbaycan #MÜSİAD Azərbaycan #MÜSİAD #Rəşad Cabirli #Mersin #Türkiyəli iş adamları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    7 Dekabr 2025 12:18

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    7 Dekabr 2025 10:22

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    7 Dekabr 2025 08:00

    Türkiyədən Azərbaycana mebel ixracı 126 milyon dolları keçib (ÖZƏL)

    6 Dekabr 2025 17:57

    Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub

    6 Dekabr 2025 16:33

    Türkiyədən Azərbaycana dəri ixracı 11 milyon dolları keçib (ÖZƏL)

    6 Dekabr 2025 16:32

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    6 Dekabr 2025 15:59

    Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

    6 Dekabr 2025 15:47

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

    6 Dekabr 2025 15:30

    Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    6 Dekabr 2025 15:04

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    6 Dekabr 2025 14:58

    Türkiyədən Azərbaycana hazır geyim ixracı 49 milyon dolları keçib (ÖZƏL)

    6 Dekabr 2025 13:46
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    Ablutofobiya nədir?

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Makron Zelenski ilə telefon danışığı aparıb

    Türkiyədən Özbəkistana hazır geyim ixracı 28 milyon dolları keçib (ÖZƏL)

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.