Əsas səhifə » Pakistanla əməkdaşlığımızı bütün sahələrdə gücləndiririk - Ərdoğan

Pakistanla əməkdaşlığımızı bütün sahələrdə gücləndiririk - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyətini İstanbulda qəbul edib. Görüşdən sonra Prezident Ərdoğan sosial şəbəkə hesabında paylaşım edərək, səfərin əhəmiyyətindən bəhs edib.

AzerVoice xəbər verir ki, görüşdən sonra Ərdoğan sosial şəbəkə hesabında paylaşım edərək, səfərin əhəmiyyətindən bəhs edib.

Ərdoğan paylaşımında bildirib ki, görüş zamanı iqtisadiyyat, ticarət və təhlükəsizlik başda olmaqla bir sıra mühüm mövzular müzakirə olunub.

“Bu gün Pakistanın Baş naziri, əziz dostum cənab Şahbaz Şərif və dəyərli nümayəndə heyətini İstanbulda qonaq etməkdən böyük məmnuniyyət duydum. Onlarla iqtisadiyyat, ticarət, təhlükəsizlik kimi bir çox vacib mövzuları müzakirə etdik. Türkiyə ilə Pakistan arasında dərin tarixi, insani və siyasi münasibətləri hər sahədə gücləndirmək əzmimizi bir daha təsdiqlədik,” – deyə Ərdoğan sosial şəbəkədə qeyd edib.

Paylaşımında həmçinin vurğulanıb ki, Şahbaz Şərifin də qeyd etdiyi kimi, iki ölkə və xalq arasında sarsılmaz bağlar, əməkdaşlıq və qardaşlıq daha da möhkəmləndirilib.

Ərdoğan, sonda Pakistan xalqına səmimi salamlarını çatdıraraq Şahbaz Şərif və nümayəndə heyətinə səfərlərinə görə təşəkkür edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 25 mayda, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qəbul edib.

Qəbul zamanı Ərdoğana Xarici İşlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya rəhbəri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Quru Qoşunları Komandanı Selçuk Bayraktaroğlu da müşayiət e

Digər Kateqoriyalar

2025 © Azervoice