Əsas səhifə » İndoneziyanın Semeru vulkanı sutka ərzində 11 dəfə püskürüb

İndoneziyanın Semeru vulkanı sutka ərzində 11 dəfə püskürüb

BAKI, AzerVoice

İndoneziyanın Mərkəzi hissəsində yerləşən Semeru vulkanı sutka 24 saat ərzində 11 dəfə püskürüb.

AzerVoice xəbər verir ki, bu barədə “Tempo” portalı müşahidə məntəqəsinin əməkdaşlarına istinadla məlumat yayıb.

Məlumata görə, püskürmələr nəticəsində yaranan kül sütunu vulkanın kraterindən min 200 metr yüksəklikdə, dəniz səviyyəsindən isə 4 min 876 metr hündürlükdə qeydə alınıb. İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Qarşısının Alınması Mərkəzi yerli sakinlərə və turistlərə ehtiyatlı olmağı tövsiyə edib, vulkanın cənub-şərqindən 8 km-dən və ətrafında 3 km-lik ərazidən yaxınlaşmağı qadağan edib. Bu tədbir qızmar daşların atılması təhlükəsinə görə görülüb.

Məlumat üçün bildirək ki, Semeru vulkanı İndoneziyada dəniz səviyyəsindən 3 min 676 metr yüksəkliklə ölkənin dördüncü ən hündür vulkanıdır və Yava adasının ən yüksək zirvəsidir.

Digər Kateqoriyalar

2025 © Azervoice