BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Kayseri şəhərinin, Kocasinan rayonununda yeni səhiyyə ocağının inşası üçün tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 270 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 21 oktyabr 2025-ci il tarixinə qədər "Gevher Nesibe Mah. Tekin Sok. No:10 Kocasinan/Kayseri" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir