BAKI,AzerVoice, Fərid Mikayılov
Bilecik Ailə və Sosial Xidmətlər İdarəsi, bağlı qurumların 2026-cı il ərzində yeməklə təminatı üçün yeni tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bu çərçivədə Bilecik Qocalar Evi üçün 201 min, Bilecik Uşaq Evləri üçün 90 min, Bozüyük Uşaq Evləri üçün isə 105 mindən artıq porsiya yemək hazırlanacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 30 oktyabr 2025-ci il tarixinə qədər "Ertuğrulgazi Mahallesi Bağlar Caddesi Ezgi Sokak Özaktaş Apt.Kule-3 No:31/A-B Merkez/Bilecik Bilecik" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir