BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyənin Tekirdağ şəhərinin Marmaraereğlisi rayonunda 5 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Yerlatı təkanların ocağı 6,71 kilometr dərinlikdə yerləşib.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri və araşdırmalar davam etdirilir.