Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsrailin saxladığı «Əzm Donanması»nın fəallarını nə gözləyir?

    3 Oktyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya humanitar yardım aparan «Əzm Donanması»nın (SUMUD) mülki qayıqlarını saxlayıb. 40-dan çox qayıqda olan təxminən 500 nəfər - parlament üzvləri, vəkillər və fəallar - hüquqi baxımdan əsasən şəxsiyyətin müəyyənləşdirilməsi, qısa müddətli saxlanma və ölkədən çıxarılma prosedurları ilə üzləşəcək.

    İsrail XİN bildirir ki, oxşar hallarda saxlanan fəallar İsrailə gətirilir, daha sonra deportasiya olunur. Məsələlər adətən miqrasiya pozuntusu kimi qiymətləndirilir, cinayət təqibi başlanmır.

    İyun ayında iqlim fəalı Qreta Tunberq də daxil olmaqla bir qrup aksiyaçı saxlanıldıqdan sonra deportasiya qərarına imza atıb və dərhal ölkədən çıxarılmışdı. Deportasiya sənədlərini imzalamaqdan imtina edən bir neçə fəal isə (aralarında Avropa Parlamenti üzvü Rima Həsən da vardı) məhkəməyə çıxarılaraq ölkədən məcburi qaydada deportasiya edilib; hüquqşünasların sözlərinə görə, onlara 100 illik giriş qadağası tətbiq olunub.

    İsraildə hüquqi yardım göstərən “Adala” (Adalah) təşkilatının hüquqi direktoru Səhad Bəşara açıqlamasında bildirib ki, gecə saatlarında saxlanılan şəxslərin Aşdod limanına gətirilməsi gözlənilir. Burada kimlikləndirmə, ardınca Miqrasiya Xidmətinə təhvil verilib deportasiya hazırlığı, sonra isə böyük ehtimalla Cənubdakı Ketsiot (Nəqəv) həbsxanasında saxlanma nəzərdə tutulur. Təşkilatın əsas narahatlığı saxlananların təhlükəsizliyi, sağlamlığı və məhkəmə öncəsi hüquqi yardıma çıxışıdır.

    Beynəlxalq hüquq üzrə israilli ekspert Omer Şats Ketsiotun adətən miqrasiya saxlanılanları üçün istifadə olunmadığını, yüksək mühafizəli müəssisə kimi tanındığını qeyd edib. Onun sözlərinə görə, 500 nəfərin logistik baxımdan idarəsi çətin olduğundan bu həbsxana seçilə bilər; müəssisə çətin saxlanma şəraiti ilə tanınır.

    Təkrar iştirakçılar, daha sərt tədbirlər riski ilə üz-üzədir

    “Adala”nın əvvəlki açıqlamalarına görə, İsrail rəsmiləri yardım karvanlarında təkrar iştirak edənləri də adətən qısa müddət saxlayıb deportasiya edir. Bununla belə, son günlər milli təhlükəsizlik naziri İtmar Ben-Qvir ( radikal dindar və irqçi) də daxil olmaqla bəzi rəsmilər uzunmüddətli saxlanma variantını gündəmə gətiriblər. Təşkilat fəalların əvvəlki missiyalardan daha sərt rəftarla üzləşə biləcəyindən narahatdır.

    İsrail XİN bildirir ki, donanma “qanuni dəniz mühasirəsini” pozaraq aktiv döyüş zonasına yaxınlaşdığı barədə xəbərdarlıq alıb və marşrutu dəyişmək təklif edilib; yardımın Qəzzaya İsrail vasitəsilə çatdırılması təklif olunub. XİN mətbuat xidmətinin suallarına rəsmən cavab hələlik verilməyib.

    #Ben Qvir #İsrail XİN #İtamar Ben Qvir #Qreta Tunberq #İtmar Ben Qvir #İtamar Ben-Qvir #İtamar Ben-Qvir Kimdir? #Qlobal Sumud Flotiliyası #Sumud Karvanı #Əzm Donanmas #Rima Həsən #Qlobal Əzm Donanması #SUMUD #Adala (Adalah) #Səhad Bəşara #Nəqəv
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail 17 druz gəncinə təlim verəcək

    20 Noyabr 2025 22:12

    İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

    18 Noyabr 2025 02:00

    İsrailin keçmiş hərbi prokuroru görə həbs edilib

    3 Noyabr 2025 11:57

    Türkiyə ilə münasibətlər düşmənçiliyə çevrilib – İsrail

    28 Oktyabr 2025 04:00

    İsrail “HƏMAS”ın əsirlərin cəsədlərindən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edəcəyindən ehtiyat edir

    14 Oktyabr 2025 12:15

    Əzm Donanmasının 18-i türk olmaqla 94 fəalı İstanbulda qarşılandı

    10 Oktyabr 2025 16:32

    İsrailin saxladığı Türk vətəndaşları xüsusi reyslə geri gətirilir - Türkiyə XİN

    10 Oktyabr 2025 14:11

    “Əzm Qlobal Flotiliyasının” saxlanılan iştirakçıları arasında iki azərbaycanlı var

    9 Oktyabr 2025 20:57

    İsrail ordusu Əzm Donanması gemilərinə yenidən hücum edib

    8 Oktyabr 2025 10:08

    İsrailin saxladığı 14 türk vətəndaşı Türkiyəyə qayıdır - Türkiyə XİN

    7 Oktyabr 2025 12:05

    İsrailin saxladığı son italyan aktivistlər İtaliyaya qayıtdı

    7 Oktyabr 2025 09:23

    İsrail Əzm Donanmasıdan daha 171 fəalı deportasiya edib

    6 Oktyabr 2025 16:57
    Demo
    XƏBƏR LENTİ

    ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

    Bu gün dünyanın ilk gəmi xəstəxanası batdı

    Bu gün “İran-Kontra” qalmaqalı qızışdı

    Tarixdə bu gün – 21 Noyabr

    Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi qəbul edilib

    Zelenski Vaşinqtonun yeni planı fonunda ABŞ nümayəndə heyəti ilə görüşəcək

    İsrail 17 druz gəncinə təlim verəcək

    MÜSİAD Azərbaycan ilə Bilim Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

    ABŞ-də təhsil alan Səudiyyəlilər Vision 2030 üçün kadr potensialını gücləndirir

    Səudiyyənin müraciətindən sonra ABŞ Sudan münaqişəsinə diqqət yönəldəcək -Tramp

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.