Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Misir - Türkiyə hərbi yaxınlaşması: ortaq koordinasiyanı gücləndirir, “qonşuluqda” narahatlıq yaradır

    1 Oktyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb.

    Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

    İsraildə və regionda narahatlıq

    Təlimlərlə eyni vaxtda İsrail mediasında, xüsusilə də “Maariv” qəzetində narahatlıq ifadə olunub. Qəzet yazıb ki, Misir və Türkiyə arasında hərbi əməkdaşlıq “regional münasibətlərdə və təhlükəsizlikdə mümkün dəyişikliklərə işarə edir” və bu, “Türkiyənin Suriyada Bəşşar Əsəd rejiminin zəifləməsindən sonra Yaxın Şərqdə mərkəzi oyunçu kimi mövqeyini möhkəmləndirməyə çalışmasının bir hissəsidir”.

    Bu arada, İsrailin Kiprə üçün üçüncü “Barak MX” hava hücumundan müdafiə sistemini təhvil verdiyi barədə xəbərlər Türkiyədə müzakirələrə səbəb olub və gələcəkdə Ankaranın Nikosiya ilə toqquşma ehtimalı mövzusu gündəmə gəlib.

    Müşahidəçilər hesab edirlər ki, Kipr və Yunanıstan da tarixi gərginliklər səbəbindən təlimlərdən narahatdır, lakin bu narahatlığın Misirin hər iki ölkə ilə münasibətlərinə mənfi təsir göstərəcəyi gözlənilmir. Əksinə, Qahirə gələcəkdə Ankara ilə dialoqda vasitəçi rolunu oynaya bilər.

    Türkiyənin mövqeyi: “Məqsəd heç bir ölkəni hədəfləmək deyil”

    Türkiyə Müdafiə Nazirliyi cümə axşamı açıqlama yayaraq bildirib ki, Misirlə Aralıq dənizində keçirilən fəaliyyətlər “heç bir üçüncü ölkəyə qarşı yönəlməyib” və Ankaranın məqsədi Aralıq dənizini sülh dənizinə çevirməkdir.

    Misir ordusunun sözçüsü də təlimlərin başa çatması ilə bağlı bəyanatında vurğulayıb: “Təlim hərbi əməkdaşlığın möhkəmləndirilməsi və Misir Silahlı Qüvvələrinin qardaş və dost ölkələrin orduları ilə birgə fəaliyyət qabiliyyətinin artırılması məqsədi daşıyır.”

    İsrail baş nazir Benyamin Netanyahunun dəfələrlə işlətdiyi “Böyük İsrail” anlayışı həm Qahirə, həm də Ankaranın maraqlarına zidd hesab olunur. Misir hökuməti bu ifadələrlə bağlı İsraildən rəsmi izahat tələb edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, “İsrail bölgə ölkələrinin hesabına genişlənərək ‘Böyük İsrail’i yaratmağa çalışır.”

    Tarixən bu ifadə 1967-ci ilin “Altıgünlük müharibəsi”ndən sonra Şərqi Qüds, İordan çayının qərb sahili, Qəzza, Sinay və Colan yüksəkliklərini əhatə edən ərazilərə istinad etmək üçün istifadə olunmuşdu.

    #Türkiyə #Qəzza #Türkiyənin Milli Müdafiə nazirliyi #Qəzza zolağı #Hakan Fidan #Misir #Yunanıstan #İordan çayının qərb sahili #Kipr #Bəşşar Əsəd #Şərqi Qüds #Colan Təpələri #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #İsrail və Colan təpələri #Şərqi Qüdsdə gərginlik #İsrailin Colan siyasəti #Colan təpələri münaqişəsi #Türkiyə Misir müdafiə əməkdaşlığı #Misir Silahlı Qüvvələri üçün üstünlük #Türkiyə-Misir strateji əməkdaşlığı #Dostluq dənizi-2025 #Misir-Türkiyə birgə dəniz təlimləri #İsraildə və regionda narahatlıq #Maariv #Misir və Türkiyə arasında hərbi əməkdaşlıq #Barak MX #Misir Silahlı Qüvvələri #Böyük İsrail #Altıgünlük müharibə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xan Yunisdə HƏMAS-ın yüksək rütbəli polis rəisi həlak olub

    12 Yanvar 2026 16:29

    Keçən il Türkiyədən Misirə tekstil ixracı 552 milyon dolları keçib (ÖZƏL)

    12 Yanvar 2026 15:21

    Atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 442 fələstinli həyatını itirib

    12 Yanvar 2026 12:26

    Keçən il Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 242 milyon dolları keçib (ÖZƏL)

    11 Yanvar 2026 13:00

    İsrailin Qəzzaya hücumları nəticəsində iki fələstinli həlak olub

    10 Yanvar 2026 18:01

    Səudiyyə Ərəbistan Qəzzaya yeni humanitar yardım göndərib

    10 Yanvar 2026 14:50

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    10 Yanvar 2026 11:45

    Qalatasaray - Fənərbağça oyununun başlama saatı dəyişdirildi

    9 Yanvar 2026 17:37

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Türkiyədə texniki dəstək xidməti üzrə tender elan edilib

    9 Yanvar 2026 16:51

    Qəzza zolağında ölənlərin sayı 71 min 409-a yüksəlib

    9 Yanvar 2026 16:12

    Hakan Fidan Suriya XİN rəhbəri ilə Hələb məsələsini müzakirə edib

    9 Yanvar 2026 15:31
    Demo
    XƏBƏR LENTİ

    Qrenlandiya Trampın iddialarını rədd etdi

    Beynəlxalq Məhkəmədə Myanmara qarşı rohinca soyqırımı işi başlayıb

    Ukrayna 500 km-dən artıq mənzilli raketlər əldə edəcək

    Venesuela nefti ABŞ şist sənayesini niyə risk altına salır?

    İranda əsas müxalifət qrupları hansılardır?

    ABŞ Ukrayna müharibəsindən maliyyə qazancı əldə edir - Tramp

    Su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq - Arzu Süleymanov

    Türkiyə və Oman arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq böyük forum fevralda keçiriləcək

    Keçən il Türkiyədən İrana hazır geyim ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.