BAKI,AzerVoice, Fərid Mikayılov
Şanlıurfa Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasında və Balıkgöl Dövlət Xəstəxanasında genişmiqyaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 100 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 14 oktyabr 2025-ci il tarixinə qədər "Esentepe Mahallesi Ertuğrul Caddesi Karaköprü/Şanlıurfa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir