BAKI,AzerVoice, Fərid Mikayılov
Sakarya Səhiyyə İdarəsi, 13 səhiyyə müəssisəsində işçi sağlamlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə iş təhlükəsizliyi mütəxəssisi xidməti alışı üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, tenderin nəticələri açıqlandıqdan sonra beş gün ərzində işə başlanacaq və 12 ay davam edəcək.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 31 oktyabr 2025-ci il tarixinə qədər "Camili Mahallesi Resmi Daireler Yerleşkesi C Blok Adapazarı/Sakarya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir