BAKI,AzerVoice, Fərid Mikayılov
Bartın Dövlət Xəstəxanası tərəfindən 6 növ tibbi qaz alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tibbi qazlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 21 oktyabr 2025-ci il tarixinə qədər "Tuna Mahallesi Ömer Tepesi Mevkii 74100 Merkez/Bartın" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir