BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Denizli şəhərinin Mərkəzefendi rayonunda yerləşən Yenişafak Ailə Sağlamlıq Mərkəzinin təmiri ilə bağlı açıq tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 45 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 22 sentyabr 2025-ci il tarixinə qədər "Sırakapılar, Şht. Albay Karaoğlanoğlu Cd. No:1B, 20010 Denizli Merkezefendi/Denizli Merkezefendi/Denizli" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir