BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azalaraq, 720 min 63 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azalaraq, 4 milyon 487 min 63 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 232 milyon 197 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz azalıb” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 2 milyard 784 milyon 645 min dollar məbləğində xalça ixrac edib.