Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    ABŞ icazə verdi - İsrail Qətəri bombaladı, hədəfdə Xalid Məşəl də var (FOTO)

    9 Sentyabr 2025 17:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İsrailin 14-cü telekanalının məlumatına görə, İsrail Qətərdə HƏMAS-ın bir sıra rəhbərlərini, o cümlədən Xalil əl-Həyə və Zahir Cəbarini vurub. İsrailin 12-ci kanalı isə hücumun həmçinin Xalid Məşələ də yönəldiyini bildirib.

    14-cü kanalın verdiyi məlumata görə, israilli rəsmilər ordunun sui-qəsd cəhdinin nəticələrini gözlədiklərini bildiriblər. Qeyd olunub ki, hücumu qırıcı təyyarələr həyata keçirib.

    Qətərin paytaxtı Dohada bir neçə partlayış səsi eşidilib, şəhərin mərkəzindən tüstü qalxdığı bildirilib. AzerVoice xəbər verir ki, şahidlər, hadisənin mərkəzi məhəllələrdən birində baş verdiyini təsdiqləyiblər. İsrail mediası yüksək rütbəli israilli rəsmiyə istinadla, Dohada baş verən partlayışların İsrailin HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi suiqəsd əməliyyatı olduğunu bildirib. İsrail ordusunun radio kanalı da açıqlamasında hücumu üstlənib.

    “İsrail, Qətərdəki HƏMAS rəhbərliyini hədəf alıb. Əməliyyat HƏMAS liderliyinin ən yüksək səviyyəsini vurmaq məqsədi daşıyırdı”- deyə bildirib.

    Qətər mərkəzli Əl-Cəzirə televiziyası isə HƏMAS mənbələrinə istinadla, hücumun təşkilatın atəşkəs üzrə danışıqlar heyətinə qarşı həyata keçirildiyini açıqlayıb.

    Hadisənin dəqiq yeri və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin mütəxəssislər bu hadisənin bölgədə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə biləcəyini bildirirlər.

    İsrail mediası xəbər verir ki, Qətərin paytaxtına endirilən hava zərbəsi ABŞ-la koordinasiya olunub. Onların məlumatına görə, Tramp Qətərdəki HƏMAS rəhbərliyinə qarşı əməliyyata “yaşıl işıq” yandırıb.

    ABŞ icazə verdi - İsrail Qətəri bombaladı, hədəfdə Xalid Məşəl də var  (FOTO)
    ABŞ icazə verdi - İsrail Qətəri bombaladı, hədəfdə Xalid Məşəl də var  (FOTO)
    ABŞ icazə verdi - İsrail Qətəri bombaladı, hədəfdə Xalid Məşəl də var  (FOTO)
    #İsrail #Qətər #HƏMAS #Əl-Cəzirə #Xalid Məşəl #Yaxın Şərq gərginliyi #Qətər–Hamas əlaqələri #Doha partlayış #İsrail hücumu #İsrail ordusu radiosu #Xalil əl-Həyə #Zahir Cəbari
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər 2025-ci ildə regionda ən aşağı istiqraz və sukuk gəlirliliyi ilə lider oldu

    11 Noyabr 2025 13:18

    Qəzza zolağının infrastrukturunun 85%-i dağıdılıb

    11 Noyabr 2025 10:11

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Türkiyədən Qətərə hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 12:00

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

    Türkiyəyə məxsus C130 təyyarəsi radarlardan itib - Gürcüstan Hava Naviqasiyası Administrasiyası

    Türkiyənin daxili işlər naziri gürcüstanlı həmkarı ilə C130 təyyarəsi qəzasını müzakirə edib

    Türkiyə qəzaya uğrayan hərbi təyyarənin qalıqlarının tapılması üçün Gürcüstanla birgə işləyir - Ərdoğan

    Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

    Əli Əsədov Türkiyə təyyarəsinin qəzaya uğraması səbəbindən İrakli Kobaxidze ilə əlaqə saxlayıb

    Azərbaycan XİN Türkiyəyə baş sağlığı verib

    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Azərbaycan-Türkiyə reysi üçün havalanan C130 təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - Türkiyə MN

    Estoniya Çinə nota verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.