BAKI, AzerVoice
Türkiyənin Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığına bağlı Jandarma Tədarük Mərkəzi Komandanlığı, 2 hissədən ibarət iş stansiyası kompüter və monitor alınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Adı çəkilən cihaz tenderin nəticələri açıqlandıqdan sonra 120 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 27 avqust 2025-ci il tarixinə qədər "FSM Bulvarı Or General Eşref Bitlis Kışlası Ankara Jandarma Tedarik Merkezkomutanlığı 3 Nolu İhl.Koms.Bşk.lığı Güvercinlik Etimesgut/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir