BAKI,AzerVoice
Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyinin Sosial Yardımlar Baş İdarəsi, 100 ədəd C-seqment dizel avtomatik ötürücülü minik avtomobili və 20 ədəd dizel, avtomatik ötürücülü 4x4 pikapın alınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunun avtomobillər 60 gün ərzində təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 19 avqust 2025-ci il tarixinə qədər "Çukurambar Mahallesi Malcolm X Caddesi No:22 Çankaya/Ankara Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir