Əsas səhifə » Karabük Şəhər İcra Hakimiyyəti 1,2 Milyon Litr Yanacaq Satın Alacaq

Karabük Şəhər İcra Hakimiyyəti 1,2 Milyon Litr Yanacaq Satın Alacaq

BAKI, AzerVoice

Karabük Şəhər İcra Hakimiyyəti tərəfindən 1 milyon 200 min litr dizel yanacağın satın alınması üçün tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunun yanacaq tenderin nəticələri açıqlandıqdan sonra 7 ay ərzində hissə-hissə təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 18 avqust 2025-ci il tarixinə qədər "Kayseri OSB Mahallesi 7.Cadde No:4 Melikgazi/Kayseri" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice