BAKI,AzerVoice
Türkiyənin İstanbul Universiteti 5 növ labaratoriya ləvazimatının satın alınması məqsədilə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihaz tenderin nəticələri açıqlandıqdan sonra 20 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 avqust 2025-ci il tarixinə qədər "İstanbul Üniversitesi İstanbul Hastanesi Başhekimliği Satınalma Müdürlüğü 34094 Fatih/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir