Əsas səhifə » İsrail ordusu Beyrut sakinlərini evlərini tərk etməyə çağırıb

İsrail ordusu Beyrut sakinlərini evlərini tərk etməyə çağırıb

BAKI, AzerVoice

İsrail Ordusu Beyrutun cənub rayonlarının bir neçə sakininə evlərini dərhal tərk etmələri barədə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, müvafiq xəbərdarlığı ordunun rəsmi nümayəndəsi Avixay Edri yayımlayıb.

"Xadas, Harət-Xreyk və Bürc əl-Bərajnə rayonlarının sakinləri, əgər siz şəkillərdə qırmızı ilə işarələnmiş binalardasınızsa, onları tərk edib ən azı 300 metr uzaqlaşmanızı xahiş edirik. Çünki evlərinizin yaxınlığında "Hizbullah"a məxsus hərbi obyektlər yerləşir" — deyə, Edri "X" platformasında ərəbcə yazıb. O, paylaşımına həmin binaların qırmızı ilə qeyd olunduğu şəhər fotolarını da əlavə edib.

Xatırladaq ki, İsrail Ordusu ən son aprel ayının sonunda Beyruta zərbələr endirmişdi. O vaxtdan bəri yalnız Livanın cənub rayonları atəşə tutulub.

Digər Kateqoriyalar

2025 © Azervoice