Əsas səhifə » Barcelona Levandovskini Haaland ilə Əvəzləmək İstəyir

Barcelona Levandovskini Haaland ilə Əvəzləmək İstəyir

BAKI,AzerVoice

İspaniyanın Barcelona klubu hücumçu Robert Levandovskini əvəzləmək üçün dünyanın ən bahalı oyunçusu hesab edilən futbolçu ilə danışıqlar aparır.

AzerVoice xəbər verir ki, xəbər verir ki, Barcelonanın 36 yaşlı ulduzu Robert Levandovskinin müqaviləsinin müddəti 2026-cı ildə başa çatır.

Klub rəhbərliyi onun yerinə gənc və perspektivli bir ulduz axtarışındadır.

İspaniya mətbuatına görə, Barcelonanın hədəfində Mançester Sitinin norveçli hücumçusu Erlinq Haaland var. Haaland hazırda 200 milyon avro dəyəri ilə dünyanın ən bahalı oyunçusu hesab olunur.

Barcelonanın prezidenti Joan Laporta və baş məşqçi Hansi Flik Haalandın transferini prioritet hesab edir. Klub maliyyə çətinliklərinə baxmayaraq, 2026-cı ilin yay transfer pəncərəsində bu böyük transferi reallaşdırmağa çalışır.

Məlumatlara görə, “Barselona” Haalandın transferi üçün sponsor dəstəyi və oyunçu satışlarından əldə ediləcək gəlirlə büdcə formalaşdırmağı planlaşdırır.

Digər Kateqoriyalar

2025 © Azervoice