31
Bakı, AzerVoice
2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyon 385 min 725 dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 2 milyon 615 min 2 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 30 milyon 589 min 405 dollar məbləğində kimyəvi maddə ixrac edib.