Əsas səhifə » İsrailin Sahnayaya hücumu nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub - Suriya DİN

İsrailin Sahnayaya hücumu nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub - Suriya DİN

BAKI, AzerVoice

İsrailin Sahnayaya hücumu nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub.

AzerVoice xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi çərşənbə günü açıqlama verərək, Dəməşqə yaxın Sahnaya qəsəbəsində İsrail tərəfindən təhlükəsizlik qüvvələrinə qarşı hücum həyata keçirildiyini bildirib.

Nazirliyin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Sahnaya qəsəbəsinin kənarındakı təhlükəsizlik qüvvələrinin toplaşdığı əraziyə hava zərbəsi endirib. Bu, gün ərzində bölgədəki təhlükəsizlik obyektlərinə qarşı həyata keçirilən ikinci hücum olub.

Qurumun açıqlamasında qeyd edilir ki, hücum nəticəsində bir suriyalı təhlükəsizlik əməkdaşı həyatını itirib.

Digər Kateqoriyalar

2025 © Azervoice