BAKI, AzerVoice, Fərid Mikayılov
Mançester Yunayted hücumçusu Rasmus Hoylundun gələcəyi ilə bağlı yeni xəbər var.
AzerVoice xəbər verir ki, İngiltərə klubu 22 yaşlı danimarkalı forvardı Almaniyanın Bavariya klubuna icarəyə verməyi təklif edib.
Hoylundun Bavariyaya icarəyə verilməsi imkanı klub prezidenti Uli Hönessin son vaxtlar müdafiə etdiyi transfer strategiyasına uyğun gəlir. Lakin Münhen təmsilçisinin rəhbərliyində bu keçidə hələ də ehtiyatla yanaşanlar var.
Danimarkalı hücumçu Bavariya üçün əsas hədəf sayılmır və Harri Keynin ehtiyatı kimi düşünülür. Bu isə Hoylundun Mançester Yunayteddəki vəziyyətinə bənzər bir durum yarada bilər.
Hücumçuya İtaliyadan, xüsusilə də Romelu Lukaku zədələndikdən sonra forvarda ehtiyac duyan Napolidən marağın daha real olduğu bildirilir.