Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova

    1 Avqust 2025 19:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Xankəndidə erməni əsilli rəssam Hovanes Ayvazyana (İvan Ayvazovski) qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır.

    Bunu AzerVoice-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təxribatçı fikirlərini şərh edərkən deyib.

    Deputat bildirib ki, bu abidənin erməni işğalçıları tərəfindən ucaldılması təxribat xarakterli bir addım olub və Azərbaycanın suverenliyinə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirilməlidir.

    “Bu cür qanunsuz təşəbbüslər məqsədli şəkildə tarixi və hüquqi reallıqları təhrif etməyə xidmət edir. Ermənistan tərəfi uzun illər ərzində işğal etdiyi ərazilərdə qeyri-qanuni abidələr, saxta "mədəni irs" nümunələri yaradaraq, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb.

    Xankəndidə qanunsuz şəkildə qoyulmuş bu abidə də həmin siyasətin davamıdır və regionda gərginliyin saxlanmasına xidmət edən simvolik vasitə rolunu oynayıb. Azərbaycan bu kimi pozuntulara qarşı prinsipial mövqe sərgiləyir və beynəlxalq hüquqa uyğun şəkildə öz suveren ərazilərində qanunsuz obyektlərin aradan qaldırılmasını təmin edir. Hər kəsə aydın olmalıdır ki, Azərbaycanın icazəsi olmadan bu ərazilərdə istənilən fəaliyyət — o cümlədən, abidə ucaldılması — qeyri-qanunidir və hüquqi məsuliyyət doğurur.

    Birincisi, dünyanın heç bir ölkəsində, o cümlədən, Rusiyada yerli hakimiyyət orqanlarının razılığı olmadan nə abidə, nə xatirə lövhəsi qoymaq mümkün deyil. İkincisi, hər hansı qanunsuz şəkildə inşa edilmiş və ya quraşdırılmış obyekt ya bağlanır, ya da sökülür. Üçüncüsü, Ayvazovski abidəsi qanunsuz obyekt idi və onun qoyulması ilə bağlı nə Rusiya sülhməramlıları, nə də başqa kimsə Azərbaycan tərəfi ilə razılaşdırma aparmışdı. Bu, o deməkdir ki, abidənin qoyulması Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Üstəlik, bu pozuntuda birbaşa olaraq erməni işğalçıları da iştirak ediblər”, - deyə deputat bildirib.

    S.Mikayılova vurğulayıb ki, ümumiyyətlə, Ayvazovskiyə cəmi üç yerdə abidə qoyulub – İrəvanda, Feodosiya və Simferopolda.

    “O, Feodosiyada doğulub, yaşayıb yaradıb və orada da dünyasını dəyişib – tam məntiqlidir. İrəvanda özünə və qardaşına birgə abidə qoyulub. Ayvazovskinin erməni əsilli olması nəzərə alınarsa, bu da təəccüblü deyil. Simferopoldakı abidə yerli ermənilər tərəfindən qoyulub. Xankəndidə isə Ayvazovskiyə abidə qoyulmasının heç bir əsası yoxdur. Əgər Rusiyadakı ermənilərin “öz soydaşları”na bu qədər ürəkləri yanırsa, abidəni satın ala bilərlər”, - o bildirib.

    Deputat vurğulayıb ki, bu abidə 2021-ci ildə, Qarabağda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi dövrdə qoyulmuşdu.

    “Azərbaycanın suveren ərazisində, hökumətin razılığı olmadan qanunsuz şəkildə abidə ucaldılmışdı. Bu isə həmin obyektin hüquqi əsas olmadan inşa edildiyini göstərir və bu səbəbdən də onun sökülməsi qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib”, - S.Mikaylova bildirib.

    #Azərbaycan #Qarabağ #Rusiya #Sevil Mikayılova #Xankəndi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    DOST mərkəzlərində 4 milyonuncu vətəndaşa xidmət göstərildi

    8 Dekabr 2025 18:01

    "KƏPƏZ BOKT" MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

    8 Dekabr 2025 17:57

    Azərbaycan-ABŞ dəniz mühəndisliyi sahəsində layihələri müzakirə ediblər

    8 Dekabr 2025 17:45

    Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir - Səfir

    8 Dekabr 2025 17:43

    Qarabağ – Ayaks oyunu üçün 27 mindən çox bilet satılıb

    8 Dekabr 2025 16:30

    Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

    8 Dekabr 2025 15:29

    İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

    8 Dekabr 2025 14:02

    Ağbənd-Kəlalə körpüsünün 2026-cı ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir - Ceyhun Bayramov

    8 Dekabr 2025 13:45

    Ceyhun Bayramov iranlı həmkarı ilə Şərqi Zəngəzur və Naxçıvan MR arasında nəqliyyat layihələrini müzakirə edib

    8 Dekabr 2025 13:15

    Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 488 milyon dolları keçib (ÖZƏL)

    8 Dekabr 2025 12:31

    Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir

    8 Dekabr 2025 12:17

    General-mayor Kris Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi - ABŞ səfirliyi

    8 Dekabr 2025 12:03
    Demo
    XƏBƏR LENTİ

    Əsədin Hizbullaha istehza etməsi videosu Livanda narazılıq yaradıb

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.