BAKI, AzerVoice, Nailə Babazadə
Fənərbaxça, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Hollandiya təmsilçisi Feyenoordun qonağı olacaq.
AzerVoice xəbər verir ki, De Kuip Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İsveç Futbol Federasiyasından Glenn Nyberg hakimlik edəcək, eyni ölkədən Mahbod Beigi və Andreas Söderkvist isə köməkçi hakimlər kimi fəaliyyət göstərəcəklər.
Ötən mövsüm Trendyol Süper Liqasını 2-ci yerdə tamamlayaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən iştirak haqqı qazanan sarı-lacivərtlilər, baş məşqçi Joze Mourinyo rəhbərliyində mövsümöncəsi hazırlıq kampını Portuqaliyada keçirdilər.
Portuqaliyada 3 yoldaşlıq oyunu keçirən Fənərbaxça, kampdan sonra azarkeşləri önündə Lazio ilə xüsusi görüşdə üz-üzə gəldi. Bu oyunlarda 3 qələbə qazanan sarı-lacivərtlilər, Portuqaliyada Benfikaya 3-2 məğlub olaraq təkcə bir dəfə uduzmuşdular.
Mövsümün ilk rəsmi oyununda Feyenoord qarşısında mərhələ üçün üstün nəticə qazanmağı hədəfləyən sarı-lacivərtlilər, 12 avqustda evdə keçiriləcək cavab matçı ilə play-off mərhələsinə yüksəlməyi planlayır.