Əsas səhifə » Yoahim Löv Özbəkistan millisinin baş məşqçisi ola bilər

Yoahim Löv Özbəkistan millisinin baş məşqçisi ola bilər

BAKI, AzerVoice

Almaniya millisinin sabiq baş məşqçisi Joahim Lövün Özbəkistan milli futbol komandasına rəhbərlik edə biləcəyi barədə məlumat yayılıb.

AzerVoice xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyası təcrübəli alman məşqçi ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, Özbəkistan milli komandası öz tarixində ilk dəfə olaraq 2026-cı ildə keçiriləcək Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Yoahim Löv Almaniya yığmasına 2006–2021-ci illər arasında rəhbərlik edib. Onun rəhbərliyi altında Almaniya 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatının qalibi olub. Löv bu vəzifədən 2021-ci ildə ayrılıb.

Hazırda Özbəkistan yığmasına müvəqqəti olaraq Timur Kapadze rəhbərlik edir. O, bu posta 2024-cü ilin yanvar ayında, səhhətindəki problemlərə görə istefa verən Sreçko Katanesin əvəzinə təyin olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice