Əsas səhifə » Milanın yeni baş məşqçisi məlum olub

Milanın yeni baş məşqçisi məlum olub

BAKI, AzerVoice

İtaliyanın A Seriyası klubu Milan, baş məşqçi Sergio Conceisao ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi vəzifəsinə Massimiliano Alleqrinin gətirildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, klubun rəsmi internet saytında yayımlanan məlumatda, Alleqrinin komandanın yeni baş məşqçisi olaraq təyin edildiyi bildirilib.

Qeyd edək ki, 57 yaşlı mütəxəssis 2010–2014-cü illərdə də Milan klubunda çalışıb.

Alleqri, Yuventus klubunun baş məşqçisi olaraq 5 dəfə A Seriyasında çempionluq əldə edib. O, Milan ilə də 2010–2011 mövsümündə çempionluq yaşayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice