BAKI, AzerVoice
Fransanın paytaxtı Parisdə azarkeşlər "PSJ"nin qələbəsini qeyd edən zaman təxribat baş verib.
AzerVoice-un məlumatına görə, "PSJ"nin
Çempionlar Liqasını qazanmasının ardından azarkeşlər ölkə üzrə bu
qələbəni qeyd edərkən küçələrə axışdı. Lakin bir qrup şəxs
barrikadalar qurdu, avtomobilləri yandırdı və polisə hücum
etdi.
Hadisə nəticəsində iki nəfər ölüb, 205 nəfər yaralanıb. Parisdə bir
nəfər, Landes bölgəsində isə 17 yaşlı bir gənc bıçaqlanaraq
öldürülüb.
Fransız mətbuatının verdiyi məlumata görə, polis 559 nəfəri həbs edib, onlardan 294 nəfəri saxlanılıb. Qrenobl şəhərində bir sürücünün avtomobilini idarəetmədən çıxararaq izdihamın üzərinə sürməsi nəticəsində dörd nəfər yaralanıb, onlardan iki nəfərin vəziyyəti ağırdır.
Polis əməkdaşlarının da hədəf alındığı hadisələrdə azı 9 polis yaralanıb və bir polis əməkdaşı komaya düşüb.



