51
BAKI,AzerVoice
UEFA Çempionlar Liqasının finalında PSJ və Inter Milan bu axşam Münhendə üz-üzə gələcək.
AzerVoice xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Fransa təmsilçisi PSJ, klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasını qazanmağa bir addım yaxınlaşıb.
Çempionlar Liqasının finalına gedən yolda PSJ gənc fransız oyunçularına üstünlük verərək, Mançester Siti, Liverpul və Arsenal kimi nəhəng rəqibləri mübarizədən kənarlaşdırıb.
İnter isə təcrübəli heyəti ilə diqqət çəkir. Son üç mövsümdə ikinci dəfə finala yüksələn Milan təmsilçisi, yarımfinalda Barselonanı dramatik bir şəkildə, ümumi hesabda 7-6 məğlub edərək finala adlayıb.
Görüşü Ruminyadan olan hakimlər heyəti idarə edəcək.