Əsas səhifə » PSJ finala tam hazırdır - Luis Enrike

PSJ finala tam hazırdır - Luis Enrike

BAKI, AzerVoice

UEFA Çempionlar Liqasının finalında İtaliyanın Inter klubu ilə qarşılaşacaq olan PSJ komandası, final öncəsi Münhendə keçirilən mətbuat konfransında özünəinamını ifadə edib.

AzerVoice xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike, Allianz Arena-da təşkil olunan mətbuat konfransında kapitan Markinyos və komandanın hücumçusu Usman Dembele ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb.

“Əvvəllər də belə anlar yaşamışıq və buna hazırıq. İtalyan futbolunu yaxşı bilirik. Çox yaxşı müdafiə edirlər” – deyə Enrike bildirib.

Enrike finalın nəticəsini təxmin etməyin çətin olduğunu, lakin oyunçularının tarix yazmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice