Əsas səhifə » Conatan Tah Bavariyaya transfer olub

Conatan Tah Bavariyaya transfer olub

BAKI, AzerVoice

Almaniya millsinin və Bayer Leverkuzenin futbolçusu Conatan Tah Bavariyaya transfer olub.

AzerVoice-in məlumatına görə, Münhen təmsilçisi ilə Conatan Tah arasında dörd illik müqavilə imzalanıb.

Razılaşmaya əsasən, Tah 2029-ci ilin yayına qədər Bavariyanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Conatan Tah Bayerin heyətində Bundesliqada çempionluq yaşayıb və komandasının müdafiə xəttində aparıcı rol oynayıb. Onun Bavariyaya keçidi, klubun müdafiə xəttini gücləndirmək planlarının bir hissəsi kimi dəyərləndirilir.

Transferin maliyyə detalları hələlik açıqlanmasa da, alman mediası bu keçidin Bavariyanın yay transfer pəncərəsindəki əsas planlarından biri olduğunu vurğulayır.

Digər Kateqoriyalar

2025 © Azervoice