Əsas səhifə » Bruno Fernandes üçün Səudiyyə Ərəbistanından rekord təklif: 200 milyon funt sterlinq

Bruno Fernandes üçün Səudiyyə Ərəbistanından rekord təklif: 200 milyon funt sterlinq

BAKI, AzerVoice

Mançester Yunaytedin kapitanı Bruno Fernandes Səudiyyə Ərəbistanının Al-Hilal klubuna keçə bilər.

AzerVoice xəbər verir ki, Fernandesin agenti Miguel Pinto, oyunçunun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün Ər-Riyadda olub.

Mançester Yunayted bu yay transfer pəncərəsində ciddi dəyişikliklərə hazırlaşır. Komanda 2024–2025 mövsümünü Premyer Liqada 15-ci yerdə bitirib və Avropa Liqası finalında məğlub olub.

Komandanın uğursuz performansı fonunda rəhbərlik Ruben Amorimin rəhbərliyi altında heyəti təzələməyə çalışır.

Fernandes üçün Al-Hilal tərəfindən “al və ya imtina et” təklifi verilib və qərar üçün ona 72 saat vaxt ayrılıb. Təklifə əsasən, Fernandes üç il ərzində həftəlik vergi tutulmadan 700 min funt sterlinq maaş alacaq ki, bu da ümumilikdə 200 milyon funt sterlinq təşkil edir. Klub eyni zamanda Mançester Yunaytedə 100 milyon funt sterlinq transfer haqqı ödəməyə hazırdır.

Əldə olunan məlumata görə, Al-Hilal yeni mövsüm başlamadan əvvəl Fernandesin transferini rəsmiləşdirmək niyyətindədir.

Digər Kateqoriyalar

2025 © Azervoice