Əsas səhifə » Türkiyədən Özbəkistana sement ixracı azalıb (ÖZƏL)

Türkiyədən Özbəkistana sement ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin aprel ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyon 963 min 67 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artaraq, 6 milyon 376 min 48 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 1 milyard 403 milyon 422 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 389 milyon 375 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 4 milyard 324 milyon 511 min dollar məbləğində sement ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice