BAKI, AzerVoice
2024–2025 mövsümündə Avropanın beş ən böyük futbol liqasında, Almaniya (Bundesliqa), Fransa (Ligue 1), İngiltərə (Premyer Liqa), İspaniya (La Liqa) və İtaliya (A Seriyası) üzrə çempion komandalar bəlli olub.
AzerVoice xəbər verir ki, İtaliyada mövsümün sonuncu – 38-ci turunda Cagliari üzərində 2:0 hesablı qələbə qazanan Napoli, 82 xalla çempionluğu rəsmiləşdirib. Bu, klub tarixində 4-cü A Seriyası tituludur.
Mövsümün sonunadək iddiasını qoruyan İnter isə Komo üzərində qazandığı 2:0-lıq səfər qələbəsinə baxmayaraq, Napolidən 1 xal geridə qalaraq ikinci yeri tutub.
La Liqa: Barcelona mövsümü lider tamamladı
İspaniyada çempionluğunu erkən rəsmiləşdirən Barcelona, son turda Athletic Bilbao səfərində 3:0 qalib gəlib.
İkinci yeri tutan Real Madrid, Real Sociedad-a qarşı 2:0 hesabı ilə qələbə qazanıb.
Premyer Liqa: Liverpool zirvədə bitirdi
İngiltərədə artıq öncədən çempionluğu təmin edən Liverpool, son turda Crystal Palace ilə 1:1 bərabərə qalıb.
Arsenal səfərdə Southampton-u 2:1, Manchester City isə Fulham-ı 2:0 hesabı ilə məğlub edib.
Bundesliqa: Bavariya üstünlüyünü qorudu
Almaniyada çempion Bavariya oldu.
Mövsümü 82 xalla başa vuran Bavariya, Leverkusen (69), Frankfurt (60) və Borussia Dortmund (57) ilə birlikdə Çempionlar Liqasına yollanacaq.
Ligue 1: PSJ bir daha zirvədə
Fransada PSJ 2024–2025 mövsümünü 84 xalla çempion olaraq başa vurub.
Marsel (65) və Monako (61) da turniri ilk “üçlük”də tamamlayaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıblar.
Nitsa, 60 xalla Lilli averajla geridə qoyaraq ÇL pley-off mərhələsində iştirak haqqı əldə edib.