BAKI, AzerVoice
Yunus Akgünün “Tottenhem”ə vurduğu qol Avropa Liqasında mövsümün ən yaxşısı seçilib.
AzerVoice xəbər verir ki, “Qalatasaray” millisinin futbolçusu Yunus Akgünün İngiltərənin “Tottenhem” komandasına vurduğu qol UEFA Avropa Liqasında 2024-2025 mövsümünün ən yaxşısı seçilib.
Qurumun yaydığı açıqlamaya görə, UEFA-nın texniki müşahidə qrupu Avropa Liqasında 2024-2025-ci il mövsümünün ən yaxşı 10 qolunu müəyyənləşdirib.
Liqa mərhələsində "Qalatasaray"ın Avropa Liqasının çempionu "Tottenhem"ə 3-2 qalib gəldiyi matçda cərimə meydançası xaricindən güclü zərbə ilə fərqlənən Yunus Akgün "mövsümün ən yaxşı qolu" kateqoriyasında birinci olub.
Milli futbolçunun ardınca Rasmus Hojlund (Mançester Yunayted), Niko Uilyams (Atletik Bilbao), Pedro Rodriges (Latsio), Adama Traore (Ferensvaros), Samuel Omorodion (Porto), Tural Bayramov (Qarabağ), Meyson Maunt (Mançester Yunayted), Kobbi Maynu (Mançester Yunayted) və Quzivo İsaki birinci olublar.