Əsas səhifə » "Barselona" Rafinya ilə yeni müqavilə imzalayıb

"Barselona" Rafinya ilə yeni müqavilə imzalayıb

BAKI, AzerVoice

İspaniyanın "Barselona" klubu braziliyalı futbolçu Rafinya ilə yeni müqavilə imzalayıb.

AzerVoice xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 28 yaşlı hücumçu ilə müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində komanda ilə iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunu, iki dəfə isə Superkuboku qazanıb. Daha əvvəl Rafinya İngiltərənin "Lids", Fransanın "Renn", Portuqaliyanın "Sportinq" və "Vitoriya", eləcə də Braziliyanın "Avaí" klublarında oynayıb.

Cari mövsümdə Rafinya Çempionlar Liqasında 13 qol vuraraq bu göstərici üzrə "Dortmund" Borussiyasının hücumçusu Seru Girassi ilə birinciliyi bölüşür.

Həmçinin qeyd edək ki, "Barselona" turnirin yarımfinalında İtaliyanın "İnter" klubuna ilk oyunda 3:3, cavab görüşündə isə əlavə vaxtdan sonra 3:4 hesabı ilə uduzub.

Digər Kateqoriyalar

2025 © Azervoice