Əsas səhifə » "X" sosial şəbəkəsinin işində nasazlıq yaranıb

"X" sosial şəbəkəsinin işində nasazlıq yaranıb

BAKI, AzerVoice

"X" sosial şəbəkəsi (keçmiş Twitter) bir çox ölkədə texniki problemlərlə üzləşib.

AzerVoice xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat verib.

Məlumata görə, istifadəçilərin 69 faizi saytın işləməməsindən, 24 faizi mobil tətbiqdə nasazlıqdan, 8 faizi isə serverə qoşulma çətinliyindən şikayətlənib.

ABŞ-da təxminən 25 min 800 istifadəçi bu problemlə qarşılaşıb. Həmçinin Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də oxşar nasazlıqlar müşahidə olunub.

Platformadan hələlik rəsmi açıqlama verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice