Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Yeməklə birlikdə qəhvə içmək doğrudurmu?

    24 May 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qəhvə dəmir və kalsiumun sorulmasına necə təsir edir?

    AzerVoice xəbər verir ki, qəhvənin tərkibindəki bəzi kimyəvi maddələrin bağırsaqlarda dəmir və kalsiumun sorulmasına təsir edə biləcəyi ilə bağlı xəbərdarlıqlar elm adamları tərəfindən bir daha gündəmə gətirilib.

    BBC Türkçənin araşdırmasına görə, qəhvəni xüsusilə yeməklə birlikdə və ya yeməkdən dərhal sonra qəbul etmək bəzi vacib qida maddələrinin bədənə sorulmasını azalda bilər.

    London Universitet Kollecinin doktorantı və Sağlamlıq Elmləri Akademiyasının baş müəllimi Aleks Ruani bildirir ki, qəhvə tam olaraq həzmi bloklamasa da, tərkibindəki kofein, polifenollar və taninlər bəzi mineralların bədənə sorulmasına mane ola bilər. Bu təsirin miqdarı isə fərdi xüsusiyyətlərdən – yaş, maddələr mübadiləsi, sağlamlıq vəziyyəti və genetika kimi amillərdən asılıdır.

    Ən çox təsirə məruz qalan maddələr arasında dəmir, kalsium və B vitaminləri yer alır.

    Oreqon Dövlət Universitetinin professoru, Linus Pauling İnstitutunun direktoru Emily Ho bildirib ki, qəhvədəki polifenollar yeməklə qəbul edilən dəmirə bağlana bilər və bu, onun bağırsaqlardan qana keçməsini çətinləşdirir. Xüsusilə bitki mənşəli qidalarda olan “heme olmayan dəmir” bu təsirə daha həssasdır.

    “Əgər qəhvəni yeməklə birlikdə içirsinizsə, dəmir polifenollara bağlanaraq bədən tərəfindən sorulmadan xaric ola bilər”, – deyə Ho vurğulayıb. Bu səbəbdən dəmir çatışmazlığından əziyyət çəkənlərə, xüsusilə aybaşı dövründə olan qadınlara və hamilələrə, dəmir tərkibli yeməklərlə qəhvə içmək tövsiyə edilmir. Ruani isə əlavə edir ki, qəhvə ən azı yeməkdən bir saat əvvəl və ya bir neçə saat sonra içilməlidir.

    Kalsiumun orqanizmdə sorulmasına da kofein təsir göstərə bilər. Bu, daha çox sümük xəstəliklərinə meylli şəxslər üçün əhəmiyyətlidir. “Osteoporosis International” jurnalında yayımlanan araşdırmalara görə, kofein sümük metabolizmasına təsir edə və sümük itkisinə səbəb ola bilər. Lakin Ruani qeyd edir ki, bu sahədə daha ətraflı elmi sübutlara ehtiyac var.

    Kalsium bədəndə toplanan bir mineral olsa da, böyüklər üçün gündəlik qəbul miqdarı təxminən 700 milliqram olaraq tövsiyə edilir.

    B vitaminləri suda həll olunan vitaminlərdir və bədəndə toplanmazlar. Qəhvə sidik ifrazını artırdığı üçün bu vitaminlərin bədəndən atılmasını sürətləndirə bilər. Ruani qeyd edir ki, gündə dörd fincandan çox qəhvə içmək bu riski artırır.

    Qəhvə probiyotiklərlə birlikdə qəbul edildikdə onların faydalı təsiri azala bilər. Canlı bakteriyalar istiliyə həssas olduğundan, isti qəhvə probiotiklərin yaşamasını və bağırsaqda fəaliyyətini çətinləşdirə bilər. Bu səbəbdən kefir, qatıq və ya probiotik əlavələr qəbul edənlərə qəhvədən əvvəl 30–60 dəqiqə gözləmək tövsiyə edilir.

    Alternativ olaraq çaya keçməyi düşünənlər üçün də xəbərdarlıq var. Emily Ho bildirir ki, çayın tərkibindəki polifenollar da qida maddələrinin sorulmasına bənzər təsir göstərə bilər. Bu səbəbdən çayın da yeməklə birlikdə qəbuluna diqqət yetirilməlidir.

    Qəhvə sağlamlıq üçün faydalı komponentlərə sahib olsa da, müəyyən qida maddələrinin sorulmasına mənfi təsir göstərə bilər. Dəmir və kalsium çatışmazlığı olan insanlar, hamilə və aybaşı dövründə olan qadınlar, eləcə də osteoporoz riski olanlar qəhvə qəbulunun vaxtına və miqdarına xüsusilə diqqət etməlidirlər.

    #Bunu bilirsinizmi? #sağlamlıq təhlükələri #dəmir çatışmazlığı #kalsium sorulması #kofein təsiri #B vitaminləri #sağlamlıq tövsiyələri #probiotiklər #qəhvə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahurda qəhvə içmək düzgündürmü?

    19 Fevral 2026 02:21

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    1 Fevral 2026 17:01

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45
    XƏBƏR LENTİ

    VW-nin "Scout Motors" layihəsi gecikə bilər: şirkətdən açıqlama gəldi

    ABŞ ordusu Trampa İranı vurmağa hazır olduğunu bildirdi - Ramazanın dördüncü günü Tehrana sarsıdıcı zərbələr endirilə bilər

    İslam tarixində Ramazan zəfərləri: Məkkənin fəthi - "Fəthül-fütuh"

    Sahurda qəhvə içmək düzgündürmü?

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb

    Səsin yazılmasında inqilab: Bu gün Tomas Edison fonoqrafı patentləşdirdi

    "Mir" Stansiyası və Türkmənistanın Bayramı: 19 Fevral Dosyesi

    Təravih namazı haqqında hər şey: Hökmü, rükət sayı və qılınma vaxtı

    Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub

    Sahur etmədən oruc tutmaq olar? Ramazan ayının ən çox verilən sualı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.