BAKI, AzerVoice
Fənərbağça yeni mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə orta sahədəki boşluğu aradan qaldırmaq üçün Almaniyanın Bavariya klubunun təcrübəli yarımmüdafiəçisi Leon Goretzka ilə maraqlanır.
AzerVoice xəbər verir ki, klubun idman direktoru Mario Branco, transferlə bağlı artıq Bavariya təmsilçiləri ilə ilk təmasları qurub və futbolçunun şərtlərini öyrənib.
Bavariya rəhbərliyi Goretzkanın transfer danışıqları aparmasına icazə verib. Lakin 30 yaşlı alman futbolçu karyerasını Münhendə davam etdirmək və 2026-cı ilə qədər olan müqaviləsini tamamlamaq istədiyini bildirib.
Buna baxmayaraq, Fənərbağça rəhbərliyi ulduz futbolçunu razı salmaq üçün ciddi cəhdlər göstərir. Klubun transfer komitəsi Alman yarımmüdafiəçini heyətə qatmaq üçün mümkün təklifləri dəyərləndirir.
Bavariya tərəfinin isə Goretzka üçün gələn təkliflərə müsbət yanaşdığı vurğulanır.