12
BAKI, AzerVoice
Saxlanılan Şahin Şıxlinski Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində şahid qismində dindirilir.
AzerVoice xəbər verir ki, bu barədə Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski bildirib.
Mutvəli Şıxlinski bildirib ki, FSB əməkdaşları onu və atasını saxlayıblar. Daha sonra Mutvəli sərbəst buraxıldı, atası Şahin isə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb.
Hazırda o, şahid statusundadır.
xxx
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.