Əsas səhifə » Özümü Messi ilə Müqayisə Etmirəm - Yamal

Özümü Messi ilə Müqayisə Etmirəm - Yamal

BAKI,AzerVoice

Barselonanın 17 yaşlı gənc ulduzu Lamine Yamal Çempionlar Liqasının yarımfinal mərhələsində İnter Milan ilə qarşılaşma öncəsi mətbuat konfransında Lionel Messi ilə müqayisələri rədd edərək, öz oyununa fokuslandığını bildirib.

AzerVoice xəbər verir ki, Barcelona bu gün İtaliyanın İnter Milan klubu ilə yarımfinalın ilk oyununa çıxacaq.

Bu, Kataloniya təmsilçisinin 2019-cu ildən bəri, yəni Messinin komandada olduğu dövrdən sonra ilk yarımfinalıdır.

İspaniyada bazar ertəsi və çərşənbə axşamı baş verən elektrik kəsintilərinə baxmayaraq, UEFA-dan verilən açıqlamaya görə, oyunun planlaşdırıldığı kimi keçirilməsinə heç bir maneə yoxdur.

Yamal, Barcelonanın hücum xəttində sağ cinahda oynayacaq, bu mövqe illər boyu Messinin parladığı sahə olub.

“Messi ilə özümü müqayisə etmirəm, heç kəslə müqayisə etmirəm, xüsusən də tarixin ən yaxşı futbolçusu ilə”- deyərək müqayisələrə son qoyub.

Digər Kateqoriyalar

2025 © Azervoice