Bakı,AzerVoice
Türkiyənin Beşiktaş klubunun futbolçusu 33 yaşlı Cenk Tosun komanda ilə yollarını ayırıb.
AzerVoice xəbər verir ki, bu barədə Beşiktaş klubu X sosial media hesabında paylaşım edib.
"Birlikdə üç Super Liqa və iki dəfə də Türkiyə kuboku qazandığımız, çempionluqda pay sahibi olan Milli komandamızın dəyərli futbolçusu Cenk Tosunla müqaviləmiz başa çatıb. Klubumuzda göstərdiyi səylərə görə Cenk Tosuna təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 33 yaşlı Cenk Tosun Beşiktaş klubuna ilk dəfə 2014-cü ildə transfer olub. Daha sonra İngiltərənin Everton klubuna getmiş, müqaviləsi bitdikdən sonra isə 2022-ci ildə Beşiktaşa geri qayıtmışdır.
Cenk Tosun’a Emekleri İçin Teşekkür Ederiz
— Beşiktaş JK (@Besiktas) July 15, 2024
Yollarımızın ilk kez 2014 yılında kesiştiği, kazandığımız üç Süper Lig ve iki Türkiye Kupası şampiyonluğunda pay sahibi olan, A Milli Takımımızın değerli oyuncusu Cenk Tosun’la profesyonel sözleşmemiz sona ermiştir.
Cenk Tosun’a… pic.twitter.com/HoPj8ualRc
