134
Bakı, AzerVoice
Argentina millisi ardıcıl üçüncü turnirdə çempion olub.
AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, Lionel Messi və komanda yoldaşları 2021-ci ildə Amerika kuboku, 2022-ci ildə dünya çempionatının qalibi olduqdan sonra növbəti titulunu ABŞ-da qazanıb.
Yenidən Amerika kubokuna sahib çıxan Argentina ardıcıl üç böyük turnirdə qızıl medal qazanan ikinci komanda olub. "Albiseleste" İspaniyanın rekordunu təkrarlayıb.
Pireneylilər 2008-2012-ci illərdə üç titul qazanıb. İspaniya AVRO-2008, DÇ-2010 və AVRO-2012-də hamını qabaqlayıb.
Qeyd edək ki, Argentina həm də Amerika kubokunun ən titullu komandasına çevrilib. 16-cı uğuruna sevinən yığma Uruqvayı (15 çempionluq) arxada qoyub.