Əsas səhifə » Türkiyə yığması qapıçısını itirib

Türkiyə yığması qapıçısını itirib

Bakı. VOA

Türkiyə yığması qapıçısı Doğan Alemdarı itirib.

VOA İdman.biz-ə istinadən xəbər verir ki, qolkiper məşq zamanı zədələnib.

Onun dizinin ön çarpaz bağlarında qopma əmələ gəlib. Bu səbəbdən də 21 yaşlı qolkiper yığmadan ayrılıb. Onu “Başakşəhər”dən Muhammed Şəngəzər əvəzləyib.

Qeyd edək ki, F qrupunun son oyununda Türkiyə iyunun 26-da Çexiya ilə qarşılaşacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice