Əsas səhifə » Lionel Messi yeni rekord qırıb

Lionel Messi yeni rekord qırıb

Bakı. VOA

Lionel Messi yeni rekorda imza atıb.

VOA İdman.biz-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Amerika kubokunun tarixinə düşüb.

O, Argentina yığmasının Kanada ilə görüşündə meydana çıxıb. Bu, Messinin turnirdə 35-ci matçı olub.

Lionel Amerika kuboku tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb. O, əfsanəvi çilili qapıçı Serxio Livinqstona məxsus rekordu 71 ildən sonra qırıb.

Messi həm də qatıldığı 7 Amerika kubokunun hamısında assist etməklə tarixə düşüb. O, bunu bacaran yeganə oyunçudur. Lionel ümumilikdə 18 məhsuldar ötürmə ilə də rekordçudur.

Qeyd edək ki, Argentina Kanadaya 2:0 hesabı ilə qalib gəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice