Əsas səhifə » Bu gün Konfrans liqasının qalibi məlum olacaq

Bu gün Konfrans liqasının qalibi məlum olacaq

Bakı,AzerVoice:

Bu gün UEFA Avropa Konfransı Liqasının final matçında Yunanıstanın Olimpiakos və İtaliyanın Fiorentina klubları üz-üzə gələcək.

AzerVoice xəbər verir ki, Afinadakı AEK Arenada oynanılacaq Olimpiakos - Fiorentina oyunu saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Yunanıstan komandası müvafiq olaraq "Makkabi Tel-Əviv", "Fənərbaxça" və "Aston Villa"nı məğlub edərək finala yüksəlib. İtaliya komandası “Makkabi Hayfa”, “Viktoriya Plzen” və “Brügge” klublarını kubokdan kənarlaşdıraraq finala yüksəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice