BAKI,AzerVoice
İngiltərənin son çempionu Mançester Siti, uzun illərdir komandanın əsas simalarından biri olan belçikalı ulduz futbolçu Kevin De Bruyne üçün Etihad Stadionunun ətrafında heykəl ucaldılacağını rəsmən açıqlayıb.
AzerVoice xəbər verir ki, bu qərar, komandanın cari mövsümdə göstərdiyi zəif çıxış və çempionluq yarışından uzaq qalmasının fonunda gəldi.
Klub, azarkeşlərini sevindirəcək bu addımla De Bruyne-nin klub tarixindəki yerini ölümsüzləşdirmək istəyir.
Kevin De Bruyne sosial mediada yayımladığı videomesajda, mövsüm sonunda Mançester Sitidən ayrılacağını bildirib.
"Futbol məni sizinlə tanış etdi. Bu klub, bu şəhər, bu insanlar mənə hər şeyi verdi. Mançester, qəlbimdə həmişə xüsusi yerə sahib olacaq"- deyə o bildirib.
Qeyd edək ki, De Bruyne 2015-ci ildən bəri Mançester Siti formasını geyinir və bu müddət ərzində bir çox yerli və beynəlxalq uğura imza atıb. Klub azarkeşləri isə bu qərarı həm minnətdarlıq, həm də ayrılıq kədəri ilə qarşılayıblar.