BAKI,AzerVoice
Argentina millisinin və Amerikanın İnter Mayami klubunun ulduz hücumçusu Lionel Messi müqaviləsi başa çatdıqdan sonra Kataloniyanın Barselona klubuna qayıda bilər.
AzerVoice xəbər verir ki, Lionel Messi İnter Mayami ilə 2025-ci ilin sonuna qədər müqaviləsi olsa da, bu yay Barselonaya qayıda bilər.
Kataloniya rəhbərliyi sövdələşmənin maliyyə tərəfini və onun Hansi Flikin rəhbərlik etdiyi komandaya təsirini qiymətləndirir.
Qeyd edək ki, Messi 2000-ci ildə Barselonaya keçib və 2021-ci ilə qədər bu klubda çıxış edib. O, 778 matçda 672 qol vurub və 303 məhsuldar ötürmə ilə Barselona tarixinin bombardiri olub.
Messi hazırda İnter Mayamidə çıxış edir, burada klubla təxminən 2 il ərzində 41 oyun keçirib, 35 qol vurub və 20 məhsuldar ötürmə edib. Bu müddət ərzində o, həm də MLS çempionatının qalibi (2024), eləcə də Liqa Kubokunun qalibi (2023) olub.