Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb

    1 Noyabr 2025 15:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Abdulvahhab Ələskərov

    30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası (GCTP) arasında Anlaşma Memorandumu imzalanıb.

    AzerVoice xəbər verir ki, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qlobal Dözümlülük və Sülh Şurasının prezidenti Ahmed Aljarwan imzalayıblar.

    Memorandumun məqsədi mədəni irs, sülh və dözümlülük dəyərlərinin təşviqi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsidir.

    Görüş sırasında çıxış edən Aktotı Raimkulova Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən söz açaraq, bu əməkdaşlığın mədəni dialoq üçün yeni imkanlar yaradacağına inamını bildirib.

    Öz növbəsində Ahmed Aljarwan Türk Mədəniyyəti və İrsi Fondunun sülh və mədəniyyətlərarası anlaşmanın təşviqində mühüm rol oynadığını vurğulayıb və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinin beynəlxalq əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

    Tərəflər arasında imzalanan sənədin gələcək layihələrin icrasında qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi bildirilib.

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb
    Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb
    Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb
    Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb
    #Türkiyə #İstanbul #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Türk dünyası #anlaşma memorandumu #Qlobal Dözümlülük və Sülh Şurası (GCTP) #Ahmed Aljarwan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan Türkiyədən Azərbaycana yük maşınlarının tranzitini təmin etməyə hazırdır - Paşinyan

    14 Noyabr 2025 12:03

    Türk dünyası yeni geosiyasi reallıqda

    14 Noyabr 2025 11:18

    İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək

    13 Noyabr 2025 23:25

    Prezident Ərdoğan və Şimali Kipr Prezidenti ortaq açıqlama veriblər

    13 Noyabr 2025 20:57

    SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

    13 Noyabr 2025 19:22

    Emin İbrahimovun vəfatı ilə bağlı Mədəniyyət Nazirliyi başsağlığı verib

    13 Noyabr 2025 19:16

    Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

    13 Noyabr 2025 11:04

    Ərdoğan Gürcüstan Prezidenti ilə telefon danışığı aparıb

    13 Noyabr 2025 02:00

    Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran

    12 Noyabr 2025 17:56

    Ərdoğan Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Bahçeli ilə görüşəcək

    12 Noyabr 2025 15:47

    Gürcüstan Türkiyə ilə birgə hərbi təyyarə qəzası üzrə Beynəlxalq İstintaq qrupu yaradıb

    12 Noyabr 2025 14:38

    Təyyarə qəzasında 20 hərbçimiz şəhid olub - Türkiyə MN

    12 Noyabr 2025 09:23
    Demo
    XƏBƏR LENTİ

    Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb: nota verilib

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    Tramp Netanyahuya təzyiq göstərir

    Təhlükə potensiallı obyektlərlə əlaqədar Koordinasiya Komissiyasının tərkibi genişləndirilib

    AYNA-nın beynəlxalq daşımalar üçün operatorlar altsistemi genişləndirilib

    ABŞ Belçikanın artan dron təhdidinə qarşı dəstək təklif edib

    Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib, yaralanan yoxdur

    Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır – Əli Nağıyev

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.